ASNM 2018 Fairmont Baku hoteli nin "Nizami zalı"nda keçiriləcək. Otel Bakının simvolu olun Alov qüllələrində, dağüstü park ilə üzbəüz yerləşmişdir.
Sizi 26 may tarixində Bakı şəhərində keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş Azərbaycan Nüvə Təbabəti Cəmiyyətinin 2-ci Simpoziumuna böyük məmnuniyyətlə dəvət edirik.
Sizi ürəkdən salamlayır və bu günü bizimlə birlikdə keçirəcəyinizə görə dərin minnətdarlığımızı bildirmək istəyirik.
Təcrübələrimizi paylaşa biləcəyimiz şəraitdən dolayı iştirakınızı yüksək qiymətləndirir, birlikdə bu tədbirin imkanlarından faydalanacağımıza inanırıq.
Nəzərinizə çatdırırıq ki, simpoziumda iştirak pulsuzdur, amma yerlər məhdud olduğundan erkən qeydiyyat vacibdir.
Simpoziumda iştirakçılarımıza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən təsdiqlənmiş Davamlı Tibbi Təhsil üzrə kredit saatlar nəzərə alınmaqla sertifikatların təqdim olunması nəzərdə tutulur. Bu səbəbdən şəxsiyyət vəsiqələrini özünüzlə gətirməyi unutmayın.
| Zaman | Mövzu | Məruzəçi |
|---|---|---|
| 8:30—9:00 | Qeydiyyat | |
| 9:00—9:05 | Açılış | |
| 1-ci sessiya | ||
| 9:05—9:10 | Açılış çıxışı | Akademik Cəmil Əliyev |
| 9:10—9:35 | Baş-boyun şişlərinə müasir yanaşma | Prof. Dr. Əziz Əliyev |
| 9:35—9:55 | Nüvə Təbabətinin Gələcəyi: Teranostika | Prof. Dr. Jan Pruim |
| 9:55—10:25 | Azərbaycanda Nüvə təbabəti və molekulyar görüntülənmə | Dr. Fuad Novruzov |
| 10:25—10:50 | Çay fasiləsi | |
| 2-ci sessiya | ||
| 10:50—11:05 | PET müayinəsində istifadə olunan onkoloji radiofarmpreparatlar | Prof. Dr. Markus Mitterhauser & Prof. Dr. Wolfgang Wadsak |
| 11:05—11:30 | Süd vəzi xərçənginin və ginekoloji şişlərin molekulyar görüntülənməsi | Prof. Dr. Sobhan Vinjamuri | 11:30—11:45 | Nefroloji xəstəliklərdə molekulyar görüntülənmə | Dr. Elnur Mehdi | 11:45—12:00 | Uşaqlarda hidronefroz və sidik-ifrazat sisteminin anadangəlmə anomaliyaları | Dr. Aqil Əbilov |
| 12:00—12:10 | Fasilə | |
| 3-cü sessiya | ||
| 12:10—12:25 | Prostat xərçənginə müasir yanaşma | Dr. Fuad Quliyev |
| 12:25—12:45 | Prostat xərçəngində molekulyar görüntülənmə | Prof. Dr. Cüneyt Türkmen |
| 12:45—13:05 | Prostat vəzidə PET/MR ilə molekulyar görüntülənmə | Prof. Dr. Markus Hartenbach |
| 13:05—13:25 | Gecikmiş mərhələ kastrasiyaya rezistent prostat xərçəngində radionuklid müalicə | Prof. Dr. Levent Kabasakal |
| 13:25—13:40 | Prostat xərçənginin radionuklid müalicəsində Azərbaycan təcrübəmiz | Dr. Fuad Novruzov |
| 13:40 | Nahar yeməyi | |
Sizə yadda qalan və faydalı prezentasiya təqdim etmək üçün mütəxəssisi olduqları spesifik ixtisas üzrə məruzəçilər dəvət etmişik.
UCLH, Nüvə Təbabəti şöbəsinin müdiri
İstanbul Universiteti Çapa Tibb Fakültəsi Xəstəxanası, Nüvə Təbabəti Kafedrasının rəhbəri
Vienna Tibb Universiteti, Laboratory for Medical Radiation Research for Radiation Oncology
Groningen Universiteti, Nüvə Təbabəti şöbəsi
Milli Onkologiya Mərkəzi, Baş-Boyun Cərrahiyyəsi şöbəsi
Milli Onkologiya Mərkəzi, Nüvə Təbabəti şöbəsinin müdiri
Milli Onkologiya Mərkəzi, Nüvə Təbabəti şöbəsinin şüa diaqnostika həkimi
Baku Medical Plaza (Babək filialı), uşaq cərrahı
Royal Liverpool University Hospital, Nüvə Təbabəti şöbəsinin müdiri
Vienna Tibb Universiteti, Laboratory for Medical Radiation Research for Radiation Oncology
Vienna Tibb Universiteti, Biomedical Imaging and Image-guided Therapy
İTÜ Cərrahpaşa Tibb Fakultəsi, Nüvə Təbabəti Şöbəsi
Bu tədbirə göstərdikləri dəstəyə görə sponsorlarımıza dərin təşəkkürümüzü bildiririk.
Zəfəran Hospital - keyfiyyətli tibbi xidmət konsepsiyasını rəhbər tutaraq əhaliyə 24 saat xidmət göstərir.
IBA develops, manufactures and supports medical devices and software solutions for cancer treatment by proton beam therapy, for cancer diagnosis and for patient quality assurance
SieTek şirkəti tibbi avadanlığın quraşdırılması və zəmanətli xidmət üzrə fəaliyyət göstərir.
Kurulduğu günden bu yana yaptığı yatırımlar ve ürettiği ürünler ile Türkiye nükleer tıp sektörünün gelişmesine öncülük eden, yüksek hizmet kalitesinden ödün vermeden büyüyen, yüksek kalitede radyofarmasötik ilaç üretimi gerçekleştiren bir nükleer tıp firmasıdır.
Sağlık sektörünün sürekli yenilenen ve değişen ihtiyaçlarını karşılamak ve bütünsel bir yaklaşımla paydaşlarına değer katmak amacıyla 2017 yılında kurulan şirket faaliyetlerini Nükleer Tıp’ta kullanılan cihazların satışı ve satış sonrası destek hizmetleri, Radyofarmasötik ve Radyoizotopların satışı ve dağıtımı, Nükleer Tıp Departmanları ve Radyofarmasötik Üretim Tesisleri Kurulumuna odaklanarak sürdürmektedir.
MOLTEK A.Ş, nükleer tıp sektöründe lider olma yolunda faaliyetlerini sürdürmektedir. Kuruluşumuz, 2007 yılında gerekli yatırımları yaparak, 2009 yılında radyofarmasötik üretimi ile faaliyete başlamıştır. Sektörün gereksinimi doğrultusunda da nükleer tıp alanında ürün çeşitlerini çoğaltmaktadır.
ASNM 2018 Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Fairmont otelinin Nizami Zalında keçiriləcək.
ASNM 2018 Fairmont Baku hoteli nin "Nizami zalı"nda keçiriləcək. Otel Bakının simvolu olun Alov qüllələrində, dağüstü park ilə üzbəüz yerləşmişdir.
Konfrans zalında siqaret çəkilməsi qadağandır.
Mühazirələr zamanı telefonlarınızı səssizə almağınızı xahiş edirik.
Təhlükəsizlik məqsədi ilə zal girişində yoxlama təşkil olunmuşdur. Sizin ID yaxa kartlarınız girişdə veriləcəkdir.
Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixlə zəngin Bakı bu gün də dinamik inkişaf edir. Müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir. Ətraflı
Bakı Xəzər dənizinin qərb sahilində yerləşir, onun sahəsi 2,2 min kv.km təşkil edir. Şəhərin mərkəz hissəsi amfiteatr kimi pilə-pillə Bakı körfəzinə doğru enir. Bakının iqlimi mötədildir, yayı isti və bir qədər rütubətli, qışı isə mülayimdir. Tədbir tarixində havanın buludsuz və 20°C-24°C hərarətdə olması gözlənilir (ətraflı).
Hər hansı bir sual və ya təklif üçün: fuad.novruzov@ntm.аz