Xoş gəlmisiniz!

Sizi 26 may tarixində Bakı şəhərində keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş Azərbaycan Nüvə Təbabəti Cəmiyyətinin 2-ci Simpoziumuna böyük məmnuniyyətlə dəvət edirik.

Sizi ürəkdən salamlayır və bu günü bizimlə birlikdə keçirəcəyinizə görə dərin minnətdarlığımızı bildirmək istəyirik.

Təcrübələrimizi paylaşa biləcəyimiz şəraitdən dolayı iştirakınızı yüksək qiymətləndirir, birlikdə bu tədbirin imkanlarından faydalanacağımıza inanırıq.

Nəzərinizə çatdırırıq ki, simpoziumda iştirak pulsuzdur, amma yerlər məhdud olduğundan erkən qeydiyyat vacibdir.

Simpoziumda iştirakçılarımıza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən təsdiqlənmiş Davamlı Tibbi Təhsil üzrə kredit saatlar nəzərə alınmaqla sertifikatların təqdim olunması nəzərdə tutulur. Bu səbəbdən şəxsiyyət vəsiqələrini özünüzlə gətirməyi unutmayın.

Təşkilat komitəsi

Simpoziumun sədri: Akademik Dr. Cəmil Əliyev

Simpozium həmsədrləri: TED, Dr. Əziz Əliyev; TüFD, Dr. Fuad Novruzov; Dr. Elnur Mehdi; Dr. Elturan İsmayılov.


Proqram

Şənbə, 26 may

Zaman Mövzu Məruzəçi
8:30—9:00 Qeydiyyat
9:00—9:05 Açılış
1-ci sessiya
9:05—9:10 Açılış çıxışı Akademik Cəmil Əliyev
9:10—9:35 Baş-boyun şişlərinə müasir yanaşma Prof. Dr. Əziz Əliyev
9:35—9:55 Nüvə Təbabətinin Gələcəyi: Teranostika Prof. Dr. Jan Pruim
9:55—10:25 Azərbaycanda Nüvə təbabəti və molekulyar görüntülənmə Dr. Fuad Novruzov
10:25—10:50 Çay fasiləsi
2-ci sessiya
10:50—11:05 PET müayinəsində istifadə olunan onkoloji radiofarmpreparatlar Prof. Dr. Markus Mitterhauser & Prof. Dr. Wolfgang Wadsak
11:05—11:30 Süd vəzi xərçənginin və ginekoloji şişlərin molekulyar görüntülənməsi Prof. Dr. Sobhan Vinjamuri
11:30—11:45 Nefroloji xəstəliklərdə molekulyar görüntülənmə Dr. Elnur Mehdi
11:45—12:00 Uşaqlarda hidronefroz və sidik-ifrazat sisteminin anadangəlmə anomaliyaları Dr. Aqil Əbilov
12:00—12:10 Fasilə
3-cü sessiya
12:10—12:25 Prostat xərçənginə müasir yanaşma Dr. Fuad Quliyev
12:25—12:45 Prostat xərçəngində molekulyar görüntülənmə Prof. Dr. Cüneyt Türkmen
12:45—13:05 Prostat vəzidə PET/MR ilə molekulyar görüntülənmə Prof. Dr. Markus Hartenbach
13:05—13:25 Gecikmiş mərhələ kastrasiyaya rezistent prostat xərçəngində radionuklid müalicə Prof. Dr. Levent Kabasakal
13:25—13:40 Prostat xərçənginin radionuklid müalicəsində Azərbaycan təcrübəmiz Dr. Fuad Novruzov
13:40 Nahar yeməyi
 

Bunları bilirsinizmi?

Məruzəçilər

Sizə yadda qalan və faydalı prezentasiya təqdim etmək üçün mütəxəssisi olduqları spesifik ixtisas üzrə məruzəçilər dəvət etmişik.

Prof. Dr. Jamshed Bomanji

Prof. Dr. Jamshed Bomanji

London, Böyük Britaniya

UCLH, Nüvə Təbabəti şöbəsinin müdiri

Prof. Dr. Cüneyt Türkmen

Prof. Dr. Cüneyt Türkmen

İstanbul, Türkiyə

İstanbul Universiteti Çapa Tibb Fakültəsi Xəstəxanası, Nüvə Təbabəti Kafedrasının rəhbəri

Prof. Dr. Wolfgang Wadsak

Prof. Dr. Wolfgang Wadsak

Vienna, Avstriya

Vienna Tibb Universiteti, Laboratory for Medical Radiation Research for Radiation Oncology

Prof. Dr. Jan Pruim

Prof. Dr. Jan Pruim

Groningen, Hollandiya

Groningen Universiteti, Nüvə Təbabəti şöbəsi


Prof. Dr. Əziz Əliyev

Prof. Dr. Əziz Əliyev

Bakı, Azərbaycan

Milli Onkologiya Mərkəzi, Baş-Boyun Cərrahiyyəsi şöbəsi

Dr. Fuad Novruzov

TüFD, Dr. Fuad Novruzov

Bakı, Azərbaycan

Milli Onkologiya Mərkəzi, Nüvə Təbabəti şöbəsinin müdiri

Dr. Elnur Mehdi

Dr. Elnur Mehdi

Bakı, Azərbaycan

Milli Onkologiya Mərkəzi, Nüvə Təbabəti şöbəsinin şüa diaqnostika həkimi

Dr. Aqil Əbilov

Dr. Aqil Əbilov

Bakı, Azərbaycan

Baku Medical Plaza (Babək filialı), uşaq cərrahı


Prof. Dr. Sobhan Vinjamuri

Prof. Dr. Sobhan Vinjamuri

Liverpool, Böyük Britaniya

Royal Liverpool University Hospital, Nüvə Təbabəti şöbəsinin müdiri

Prof. Dr. Markus Mitterhauser

Prof. Dr. Markus Mitterhauser

Vienna, Avstriya

Vienna Tibb Universiteti, Laboratory for Medical Radiation Research for Radiation Oncology

Prof. Dr. Markus Hartenbach

Prof. Dr. Markus Hartenbach

Vienna, Avstriya

Vienna Tibb Universiteti, Biomedical Imaging and Image-guided Therapy

Prof. Dr. Levent Kabasakal

Prof. Dr. Levent Kabasakal

İstanbul, Türkiyə

İTÜ Cərrahpaşa Tibb Fakultəsi, Nüvə Təbabəti Şöbəsi

Sponsorlar

Bu tədbirə göstərdikləri dəstəyə görə sponsorlarımıza dərin təşəkkürümüzü bildiririk.

Zəfəran Hospital

Zəfəran Hospital - keyfiyyətli tibbi xidmət konsepsiyasını rəhbər tutaraq əhaliyə 24 saat xidmət göstərir.

Ion Beam Applications

IBA develops, manufactures and supports medical devices and software solutions for cancer treatment by proton beam therapy, for cancer diagnosis and for patient quality assurance

SieTek

SieTek şirkəti tibbi avadanlığın quraşdırılması və zəmanətli xidmət üzrə fəaliyyət göstərir.

Eczacıbaşı-Monrol

Kurulduğu günden bu yana yaptığı yatırımlar ve ürettiği ürünler ile Türkiye nükleer tıp sektörünün gelişmesine öncülük eden, yüksek hizmet kalitesinden ödün vermeden büyüyen, yüksek kalitede radyofarmasötik ilaç üretimi gerçekleştiren bir nükleer tıp firmasıdır.

EDH nükleer tip ve sağlik hİzmetleri

Sağlık sektörünün sürekli yenilenen ve değişen ihtiyaçlarını karşılamak ve bütünsel bir yaklaşımla paydaşlarına değer katmak amacıyla 2017 yılında kurulan şirket faaliyetlerini Nükleer Tıp’ta kullanılan cihazların satışı ve satış sonrası destek hizmetleri, Radyofarmasötik ve Radyoizotopların satışı ve dağıtımı, Nükleer Tıp Departmanları ve Radyofarmasötik Üretim Tesisleri Kurulumuna odaklanarak sürdürmektedir.

MOLTEK

MOLTEK A.Ş, nükleer tıp sektöründe lider olma yolunda faaliyetlerini sürdürmektedir. Kuruluşumuz, 2007 yılında gerekli yatırımları yaparak, 2009 yılında radyofarmasötik üretimi ile faaliyete başlamıştır. Sektörün gereksinimi doğrultusunda da nükleer tıp alanında ürün çeşitlerini çoğaltmaktadır.

Məqalə qəbulu

Məkan haqqında

ASNM 2018 Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Fairmont otelinin Nizami Zalında keçiriləcək.

Konfrans Zalı

Yığıncaq

ASNM 2018 Fairmont Baku hoteli nin "Nizami zalı"nda keçiriləcək. Otel Bakının simvolu olun Alov qüllələrində, dağüstü park ilə üzbəüz yerləşmişdir.

Obyektivlik

Obyektivlik

Konfrans zalında siqaret çəkilməsi qadağandır.
Mühazirələr zamanı telefonlarınızı səssizə almağınızı xahiş edirik.

ID Badge

Təhlükəsizlik

Təhlükəsizlik məqsədi ilə zal girişində yoxlama təşkil olunmuşdur. Sizin ID yaxa kartlarınız girişdə veriləcəkdir.


Transport

Nəqliyyat

Avtobuslar: 3 və 18

Parklama: Mümkündür

Taksi: Uber, Taxify

Bakı haqqında

Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixlə zəngin Bakı bu gün də dinamik inkişaf edir. Müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir. Ətraflı

Maiden Tower

Hava

Bakı Xəzər dənizinin qərb sahilində yerləşir, onun sahəsi 2,2 min kv.km təşkil edir. Şəhərin mərkəz hissəsi amfiteatr kimi pilə-pillə Bakı körfəzinə doğru enir. Bakının iqlimi mötədildir, yayı isti və bir qədər rütubətli, qışı isə mülayimdir. Tədbir tarixində havanın buludsuz və 20°C-24°C hərarətdə olması gözlənilir (ətraflı).

Əlaqə

Hər hansı bir sual və ya təklif üçün: fuad.novruzov@ntm.аz

  • Fairmont Baku
  • Address: Mehdi Hüseyn küç 1A
  • Tel: +994 12 565 48 48
  • Veb sayt: fairmont.com/baku